Azərbaycanda şok hadisə - İş yerində narkotik bitkilər əkdi - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycanda şok hadisə - İş yerində narkotik bitkilər əkdi - FOTO

Xaçmazda iş yerində narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb. Onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm