Bakıda silahlı insident - Qayınata kürəkənini güllələdi
Bizi izləyin

Kriminal

Bakıda silahlı insident - Qayınata kürəkənini güllələdi

Bakıda silahlı insident baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm