Masazırda 15 min manatlıq oğurluq
Bizi izləyin

Kriminal

Masazırda 15 min manatlıq oğurluq

Abşeronda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Qəniyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm