Bakıda taksi sürücüsü bıçaqlqandı
Bizi izləyin

Kriminal

Bakıda taksi sürücüsü bıçaqlqandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayonda (metronun 20 Yanvar stansiyasının yaxınlığında ) qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Bayramov Habil Rasim oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində üç ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm