Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı
Bizi izləyin

Kriminal

Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı

Astarada törədilmiş qətlin üstü açılıb.

Publika.az xəbər verir ki, Astara rayon Polis Şöbəsinə oktyabrın 1-də Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı İdarəsi və Astara RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılaraq istintaqa təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm