Şamaxı sakinindən silah-sursat götürüldü
Bizi izləyin

Kriminal

Şamaxı sakinindən silah-sursat götürüldü

Şamaxıda qanunsuz odlu silah saxlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş C.Qədimovun evindən lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı ov tüfəngi, 6 ədəd patron və 22 ədəd giliz aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm