Bakıda keçmiş məhkumdan qadına qarşı İYRƏNC HƏRƏKƏT
Bizi izləyin

Kriminal

Bakıda keçmiş məhkumdan qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda qadını şantaş edərək 10 min manat tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm