Bakıda meyiti tikə-tikə doğranan gəlinlə bağlı DƏHŞƏTLİ FAKTLAR: qayınatası tərəfindən... - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Bakıda meyiti tikə-tikə doğranan gəlinlə bağlı DƏHŞƏTLİ FAKTLAR: qayınatası tərəfindən... - VİDEO - (YENİLƏNDİ)

Video əlavə olunub.

xxx

Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. (trend)

***

10:20

Yanvarın 27-nə keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə tapılan naməlum qadın meyitinin kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı meyitin hissələrinin üzərində hər hansı işarəverici əşya və ya digər dəlil aşkarlanmayıb. Bu səbəbdən öldürülmüş şəxsin kimliyini qısa vaxtda öyrənmək mümkün olmayıb. Meyitin hissələrindən qan, tük, dəri və digər nümunlər götürülərək ekspertiziya göndərilib. Vizual olaraq ölən qadının təxminən 25-30 yaşlarında olması ehtimal edilir.

Hazırda cinayət hadisəsinin harada törədilməsi, meyitin hissələrinin oraya kim tərəfindən və necə gətirilməsi tam dəqiqləşməyib. Ərazidəki kamera görüntüləri və digər texniki təqib üsulları ilə dəlillərin toplanması istiqamətində iş aparılır.

Bildirilir ki, cinayət faktnın araşdırılması ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda qrup yaradılıb və bir neçə müstəntiq bu işin araşdırılmasına cəlb edilib.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm