Kriminal
Polis əməliyyat keçirdi - KİA-dan külli miqdarda narkotik çıxdı
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və Bakı şəhər sakini Ceyhun Əkbərov saxlanılıb. C.Əkbərovun idarə etdiyi “KİA” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin aşkar olunub.
İstintaq zamanı E.Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan C.Əkbərovla birgə sonuncunun idarə etdiyi “KİA” markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib. Ancaq həmin şəxslər niyyətlərini həyata keçirə bilməyiblər. Belə ki, polis onları narkotik vasitələri satmaq istəyərkən “iş başında” yaxalayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO