• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Azərbaycanda inanılmaz hadisə - Öldürməyə gəldiyi şəxsi deyil, başqasını qətlə yetirdi

  • Kriminal
  • 26 Aprel 2021 12:17
  • 894 Baxış
Azərbaycanda inanılmaz hadisə - Öldürməyə gəldiyi şəxsi deyil, başqasını qətlə yetirdi

Ötən il iyun ayının 14-nə keçən gecə Ağstafa rayonunun Dağkəsəmən kəndində 1992-ci il təvəllüdlü Tural Heydanovun həmkəndlisi, 43 yaşlı Hürriyət Şəmilovu amansızlıqla qətlə yetirməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, T.Heydanov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 221.1-ci (xuliqanlıq) və 228.4- cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə prosesinin yekununda onun 17 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edilib.

Məhkəmə prosesi zamanı məlum olub ki, 28 yaşlı Tural əslində Hürriyəti deyil, onun əmisi oğlu Elçini öldürmək istəyib. Belə ki, hadisədən bir neçə gün əvvəl onunla qonşuluqda yaşayan Elçin Şəmilov arasında kiçik mübahisə yaranıb. Mübahisə zamanı Hürriyət onları ayırıb və Turalın Elçinə baş qoşmamasını deyib.

Bundan bir neçə gün sonra Tural sinif yoldaşının övladının 1-ci sinfi başa vurması ilə bağlı verdiyi qonaqlıqda iştirak edib. Məclisdə spirtli içki qəbul edən Tural saat 00:30 radələrində oranı tərk edib. O, evə gələndə bir neçə gün əvvəlki söz-söhbətə görə qonşusu Elçinlə görüşmək istəyib və gecə saat 01 radələrində onların qapısını möhkəm döyməyə başlayıb. Qapının açılmadığını görən Tural yüksək səslə söyüş söyməyə, qapını daha möhkəm döyməyə başlayıb. Bu zaman Elçinin əvəzinə küçəyə onun qonşuluqda yaşayan əmisi oğlu Hürriyət çıxıb. Qaranlıqda Turalla Hürriyət arasında dava-dalaş yaranıb və 28 yaşlı oğlan bıçaqla öldürməyə gəldiyi şəxsin əmisi oğluna çoxsaylı zərbələr endirərək onu amansızlıqla öldürüb.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR