Kriminal
DİN və DSX əməliyyat keçirdi
Qazax rayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda bitmiş 2,5 tona yaxın çəkidə 6997 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yardımlı rayon polis əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 10247 ədəd çətənə kolu aşkar edilib.
Goranboy rayon əməkdaşlarının keçirdikləri əməliyyatla isə Eyvazalılar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 3170 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Bərdə və Tərtər rayon polis şöbələrinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25 000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR