Kriminal
Biləsuvarda “patı” əməliyyatı - SAXLANILANLAR VAR (FOTO)
Biləsuvarda növbəti “patı” əməliyyatında saxlanılan 7 nəfərdən ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Onlardan biri müxtəlif növ narkotik və psixotrop maddələrin satışını sosial şəbəkədəki hesablar vasitəsilə həyata keçirirmiş.
Publika.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K.Şirəli, B.Gülalıyev, L.Abdullayev,R.Məmmədov, T.Mayılzadə və R.İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?
-
Yaxın Şərq16:10Bu ölkə ilk dəfə İrana hücum etdi






































