Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Gəlin eltisini BIÇAQLAYIB ÖLDÜRDÜ - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Gəlin eltisini BIÇAQLAYIB ÖLDÜRDÜ - (YENİLƏNDİ)

Astara rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

xxx

Astarada gəlinlərdən biri digərini bıçaqlayaraq öldürüb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, ailədə iki qadın arasında yaranan münaqişə zamanı Gülçöhrə adlı gəlin qayını arvadı Mehribana bıçaqla xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bir neçə dəqiqə sonra ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm