Azərbaycanda ŞOK OLAY: polkovnikin oğlu vəzifəli şəxsi iş otağında öldürdü (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Azərbaycanda ŞOK OLAY: polkovnikin oğlu vəzifəli şəxsi iş otağında öldürdü (YENİLƏNDİ)

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

xxx

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında qətlə yetirilib.

Publika.az xəbər verir ki, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mirhadi Bağırov Goranboy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini olmuş polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm