Yardımlıda DƏHŞƏTLİ QƏTL: qadını başından balta ilə vurub öldürdü - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Yardımlıda DƏHŞƏTLİ QƏTL: qadını başından balta ilə vurub öldürdü - YENİLƏNDİ

İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

xxx

08:48

Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Ostayır kənd sakini Məmmədova Gülxar Əhməd qızı amansızcasına öldürülüb.

Onun başı baltayla kəsilərək mağazaya atılıb.

Rayon polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

(Bakupost.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm