Kriminal
Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyaya təhvil verildi - RƏSMİ

Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş, həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bəylər Əliyev cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

-
İdman22:05
Ərəblər Qasım Süleymaniyə görə Tehranda meydana çıxmadılar
-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...