Adnan Əhmədzadə rəsmən bu klubun sahibi oldu - FOTOLAR
Bizi izləyin

İdman

Adnan Əhmədzadə rəsmən bu klubun sahibi oldu - FOTOLAR

Yanvarın 15-i Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Mingəçevir” klubu və “Azerbaiian Sport Talents Academy” (ASTA) arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Tural Piriyev FİF-in vasitəsilə daha bir region futbol klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib və bölgə futboluna dəstəyə görə ASTA rəhbərliyinə təşəkkür edib. İcraçı direktor həmçinin klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı ilə bağlı məlumat verib.

“Danışıqlar ötən ilin aprel ayından başlamışıq. Bir sıra bölgə variantları vardı. Ancaq şirkət Mingəçevirin üzərində dayandı. Artıq klub rəhbərliyi ilə şirkət arasında tanışlıq olub. Çoxşaxəli inkişaf planı layihəsi hazırlanıb. Uşaq futbolu, əsas komanda və klubun infrastrukturu ilə bağlıdır. Mingəçevir şəhər stadionu Gənclər və İdman Nazirliyinin nəzdindədir. Qurumla görüş keçirilib, infrastruktur və yenidənqurma işlərinin başlanmasına icazə verilib”.

Daha sonra ASTA-nın prezidenti Rafael Bunyatov “Mingəçevir” futbol klubuna dəstək olmaqla, bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirib və klub ilə bağlı planları barədə məlumat verib. Həmçinin, bu tərəfdaşlığın ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür edib:

“Bizə bir neçə rayon və klub təklif olunmuşdu. Onlar arasında Mingəçevir diqqətimizi çəkdi. Çünki burada sovet dövründən qalma idman bazası və ənənələri var idi. Biz bu məqamdan yararlanıb, yeni layihəyə başlamaq qərarına gəldik”.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Mingəçevir” klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzalayıblar.

Qeyd edək ki, ASTA şirkəti iş adamı Adnan Əhmədzadəyə məxsusdur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm