MDB
Qərb şirkətlərindən GERİ ADDIM: Rusiya ilə əməkdaşlıq siqnalları...
Qərb şirkətlərindən əməkdaşlığın vacibliyi barədə siqnallar alan Rusiya səmərəli əməkdaşlıq formatını inkişaf etdirməyə ümid edir.
Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski “Sputnik”ə açıqlamasında Rusiya ilə əməkdaşlığın Qərb şirkətləri üçün vacib olduğunu bildirib.
O deyib ki, gələn siqnallar da bunu göstərir:
“Ümid edirik ki, onlarla yenidən səmərəli əməkdaşlıq formatı inkişaf etdirə bilərik. Onlardan fərqli olaraq, biz ən azından həmişə dialoqa açığıq”.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya bazarına qayıtmaq istəyən ABŞ şirkətlərindən siqnallar gördüklərini açıqlayıb. Putin bu şirkətlərin geri qaytarılmasına qarşı olmadıqlarını, lakin bunun yeni şərtlər və itkilər nəzərə alınaraq ediləcəyini bildirib. Qərb ekspertləri və siyasətçiləri də sanksiyaların heç bir təsirinin olmadığını qeyd ediblər.
Rusiya liderinin sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını çətinləşdirməkdir.
Aysel Şahmar
-
Hadisə22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
-
Hadisə19:00“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi
-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir












.jpg)
























