Kriminal
Cəbrail Fərzəliyevə hökm oxundu
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub.
Publika.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, iş üzrə Paşabank ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə "Paşabank"a qarşı mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
-
Yaxın Şərq02:19
Suriyada inanılmaz ucuzlaşma: 20 dollarlıq məhsul bir dollara satılır - FOTO
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni fürsətlərə açıq olun!
-
Hadisə17 Yanvar 23:10
Azərbaycanda dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal17 Yanvar 22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin117 Yanvar 22:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə17 Yanvar 21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil17 Yanvar 21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA
-
Elm və təhsil17 Yanvar 21:15
İki məktəb direktoru vəzifəsindən azad edildi - FOTO