Narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı - FOTO
Bizi izləyin

Kriminal

Narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm