MDB
Pulkovo hava limanında HƏYƏCANLI ANLAR: təyyarə faciəvi qəzadan son anda döndü
Sankt-Peterburqun Pulkovo hava limanında texniki avtomobil "An-26" təyyarəsinin yolunu kəsib.
Publika.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Bildirilib ki, Kostromadan uçan Kostroma Hava Yollarına məxsus təyyarə eniş etdikdən sonra texniki avtomobil hava limanının uçuş zolağına çıxıb.
Qeyd olunur ki, təyyarənin pilotlarının operativ hərəkətləri nəticəsində toqquşma baş verməyib. Avtomobilin sürücüsünün kimliyi araşdırılır.
Şimal-Qərb Nəqliyyat Prokurorluğu əlavə edib ki, "Nordwind Airlines" şirkətinin texniki əməkdaşı əvvəllər aerodromda avtomobil idarə etməyə icazəsi olmayan uçuş-enmə zolağına daxil olub. Təyyarə dayanacaqda deyil, avtomobildən 50 metr aralıda dayanmalı olub.
Prokurorluqdan bildirilib ki, bütün sərnişinlər təhlükəsiz şəkildə endirilib, xəsarət alan və dağıntı olmayıb.
Hüseyn İbadlı
-
Digər13:48Çimərlikdə dəhşət: 10 nəfər öldü, xeyli sayda yaralı var - VİDEO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır






.jpg)





























