Ermənistanda hindistanlı kişini döydülər, təcavüz edib cinsiyyət orqanını...
Bizi izləyin

Kriminal

Ermənistanda hindistanlı kişini döydülər, təcavüz edib cinsiyyət orqanını...

Ermənistanın Daxili İşlər Nazirliyinin Erebuni Rayon Polis Şöbəsinə Nar-Dos küçəsindəki evlərdən birində əcnəbi vətəndaşın ağır döyülərək işgəncələrə məruz qalması barədə məlumat daxil olub.

Publika.az erməni saytlarına istinadən xəbər verir ki, Erebun polisi müəyyən edib ki, bütün bunların nəticəsində vətəndaş “Yerevan” tibb mərkəzinə, oradan isə Heratsi Universitetinin 1 saylı xəstəxanasına yerləşdirilib. Polis onun 43 yaşlı Hindistan vətəndaşı Kaldeep Kumar Kaşmir Lal olduğunu müəyyən edib.

Saytın məlumatına görə, polis əməkdaşları tərəfindən müəyyən edilib ki, 43 yaşlı Kaldeep Kumar Nar Dosi küçəsindəki evlərin birində kirayədə yaşayır. Gecə saatlarında Tinka və Mani adlı şəxslər onu döyüb, əl-ayağını bağlayıb, hədələyib, söyüblər. Bu azmış kimi cinsi təcavüz də ediblər. Sonra isə cinsiyyət orqanını yandırıb, çılpaq halda kameraya çəkib və videonu qohumlarına göndərərək, 1 milyon rupi tələb ediblər. Pulu göndərməyəcəkləri təqdirdə isə onu öldürəcəklərini deyiblər. Cinəyətkarlar onun cibindən 500 dollar oğurlayaraq, evin otaqlarından birinə bağlayıblar. Onun harda olduğundan xəbər tutan qohumlarından biri gəlib onu başqa yerə aparıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tinkanın 36 yaşlı Harjinder Sinqh Angrag Brar və Maninin 30 yaşlı Maniş Radhey Şyam Kumar olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm