Sosial
Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz - VİDEO
![](https://publika.az/storage/2024/07/03/toy_atesfesanliq.png?v1720160310)
İnsan sağlamlığına zərər yetirən, əhalinin istirahətinə mane yaradan partlayıcı və tez alışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsi qanunla qadağan olunsa da, toy məclislərində fişəng şoularının nümayişi hələ də davam edir.
Publika.az xəbər verir ki, sosial şəbəkədə "Fontan şou" adlandırılan nümayişlə cütlüklərin toy gününü daha maraqlı edəcəklərini vəd edən təşkilatçılardan birinin sözlərinə görə, pirotexniki işləri görmək üçün kurs keçib, sertifikat alıblar.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qapalı məkanlarda bu cür nümayişlərin keçirilməsi yanğın kimi bədbəxt hadisələrə səbəb ola bilər:
"Açıq alovdan istifadə edərkən hər hansısa bir şounun göstərilməsi yanğın riskini artırır, həmçinin qapalı məkanlarda insanlar tüstüdən zəhərlənə də bilərlər".
Məsələ ilə bağlı Vəkil Turan Abdullazadə isə vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinə, əldə edilməsinə və satılmasına görə fiziki şəxslər 40 manatdan 80 manatadək, vəzifəli şəxslər 350-500, hüquqi şəxslər isə 1 500-2 000-dək cərimə edilirlər.
Bu tədbirlərin tətbiqi kifayət etmədikdə isə15 gün müddətinə inzibati həbs tətbiq olunur.
Ətraflı "Baku" TV-nin süjetində:
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman10:06
Daha bir türkdən "bozqurd" salamı: Merihə belə dəstək oldu - FOTO
-
Nida Xəbər 10:00
İrəvandan Şuşa sammiti öncəsi təxribat: Məqsəd nədir?
-
Rəsmi xronika09:42
“Qarabağ” hotelinin açılışı oldu
-
Dünya09:12
Vəzifəsini tərk edən Borrelldən tarixi etiraf: "Ən böyük peşmanlığım budur"
-
İKT08:12
"ChatGPT" və "OpenAI"nin süni intellekt məlumatları OĞURLANDI
-
Nida Xəbər 05:45
Növbəti delimitasiya hansı ərazilərdə aparılacaq? - VİDEO
-
Kriminal01:41
34 yaşlı qadın küçənin ortasında vəhşicəsinə bıçaqlandı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: elə hadisə baş verəcək ki...