"TikTok"da tanış oldu, qısqandığı üçün ayrıldı: Küçədə 14 bıçaq vuraraq öldürdü
Bizi izləyin

Kriminal

"TikTok"da tanış oldu, qısqandığı üçün ayrıldı: Küçədə 14 bıçaq vuraraq öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il 6 ya müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Zaqatala rayonu Qımır kənd sakini, 1991-ci il təvəllüdlü Əli Səfərov 2022-ci ildə "TikTok"da zərərçəkmiş Aygün Həşimova ilə tanış olub, rəsmi qaydada evlənib. Onlar birgə yaşadığı müddət ərzində qadın onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deyib. Sonra Əli Aygünün ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman edib və onların arasında mübahisə yaranıb. Daha sonra cütlüklər boşanıb. Amma buna baxmayaraq, bir müddət sonra yenidən ər-arvad kimi birlikdə yaşamağa davam ediblər. Lakin Əli yenidən Aygünün ona xəyanət etməsini güman edərək mübahisələr yaratmağa başlayıb. 2023-cü ildə qadın ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Sonra Əli Aygünün ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib, onu öldürmək qərarına gəlib.

2023-cü il noyabrın 24-də Əli Bakı şəhərindən Zaqatala şəhərinə gəlib, üzərində mətbəx bıçağı ilə Aygünün işə gəlməsini gözləyib. O, qadına yaxınlaşaraq barışmağı təklif etsə də, Aygün razılaşmayıb. Bu zaman Əli ümumilikdə Aygünə 14 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Əli Səfərov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm