Beli incə göstərən dəb hiylələri - FOTOLAR
Bizi izləyin

Dəb

Beli incə göstərən dəb hiylələri - FOTOLAR

Təəssüf ki, bütün qadınlar modellər kimi gözəl bədən quruluşuna malik deyil, amma bədənimizi qüsursuz göstərmək öz əlimizdədir. Dəb hiylələri ilə qüsurları vizual olaraq gizlətmək, gözəlliyi ön plana çıxartmaq mümkündür.

Publika.az bu yazıda beli incə göstərməyə kömək edən qaydaları təqdim edir.

Aksessuarların cazibəsi

Beli incə göstərməyin ən mühüm qaydalarından biri, qüsurlu hiss etdiyiniz nahiyə istisna olmaqla, bər-bəzəkdən istifadə etməkdir. Məsələn, böyük boyunbağı və ya V şəkilli sinə dekoltesi ilə diqqəti beldən yayındırmağa çalışın. Sinəniz böyükdürsə, bol kəsimli, enli şalvar, yaxud parıltılı və biserli ətək seçərək sinənizin daha çox nəzərə çarpmasına mane olarsınız. Bu qayda beli yoğun olan xanımlara da aid olunur. Əgər bu qüsurunuzu gizlətmək istəyirsinizsə, sallanma sırğalarla, hətta iddialı makiyajla diqqəti belinizdən uzaqlaşdıra bilərsiniz.

Hündürbel şalvar

Hündürbel geyimlərdən imtina etməyin. Beli incə göstərmək üçün hündürbel ətək, hündürbel şalvar və şortlar ideal seçimdir. Beli tamamilə tutan hündürbel şalvarlar sayəsində belin incəliyi ön plana çıxacaq, ayaqlar da daha nazik görünəcək.

Panel don

Kənarlardan tünd zolaq çəkilmiş dar donlar beli incə göstərməyin ən əlverişli üsuludur. Əyinə mükəmməl oturan donlar ayaqları da daha nazik göstərəcək. Donun kənarındakı zolağın hansı rəngdə olması tamamilə sizdən asılıdır.

Kəmərin sehri

Son zamanlarda kəmərlər digər aksessuarlar kimi, moda dünyasında böyük yer tutur. Kəməri təkcə dəbə uymaq üçün deyil, həm də belinizi daha incə göstərmək üçün istifadə edin. Eyni zamanda kəmər paltarın görünüşünü dəyişib onu bəzəyəcək.

Peplumun gücü

Bir neçə il əvvəl dəbdə rəsmən fırtına kimi əsən, hələ də bir çox qadının əvəzolunmaz geyimlərindən biri olan peplum paltarlar beli incə göstərən ən praktik və qəşəng dəb hiyləsidir. İncə belə qovuşmaq üçün beldə tam oturan və aşağıda volanlar sallanan peplum paltarlara mütləq seçim üstünlüyü verməlisiniz.

A kəsimli paltarlar

Belə tam oturan, aşağıya doğru getdikcə genələn paltarlar belinin yoğun olduğunu düşünən qadınlar üçün ən uyğun geyimlərdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm