Dəb
Dünya şöhrətli dizayner Mehriban Əliyevaya təşəkkür etdi - FOTO
AFFFAIR markasının təsisçisi məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Publika.az xəbər verir ki, qədim Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının motivləri əsasında hazırlanan kolleksiyaya 21 geyim daxildir. Dizayner etiraf edib ki, bütün ruhunu, gücünü və sevgisini bu kolleksiyaya qoyub:
“Əziz dostlar, komandamla birlikdə ruhumu, gücümü və sevgimi qatdığım yeni əsərimi – “Sumax” adlanan “Haute Couture” kolleksiyasını diqqətinizə təqdim etməkdən çox məmnunam.
Bu kolleksiyanı yaratmaq üçün məni məşhur Azərbaycan xalçalarının motivləri – onların dərinliyi, zəngin rəngləri, zərifliyi, əcdadlarımızın hər bir naxışı hansı incəliklə canlandıraraq yaratmaları həvəsləndirdi.
Azərbaycan qədim zamanlardan xalçaçılığın mərkəzi olub. Bu sevimli sənət növü əsrlər boyu nəsildən-nəslə diqqətlə ötürülüb. Azərbaycan xalçalarının naxışları zəngin yaradıcılıq fantaziyası və yüksək ustalıq məhsuludur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya belə bir əhəmiyyətli layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm.
Əziz dostlar, “Sumax” ilk növbədə eşq etirafıdır. Qədim Azərbaycan xalçalarına, hər bir bənzərsiz naxışa, igid xalqımıza, sərhədsiz mədəni və tarixi irsimizə və çoxdan gözlənilən qələbəmizə olan bir etiraf!”
Məlumat üçün bildirək ki, “Afffair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərin moda həftələrində təqdim olunub.
R.İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi “Pitti Uomo”da nümayiş etdirilib. Dizaynerin geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub, onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat














.jpg)























