Dəb
Merilin Monronun dəbdən düşməyən stilləri - FOTO
96 il əvvəl, 1 iyun 1926-cı ildə XX əsrin ən məşhur qadını Merilin Monro anadan olub. Bu sarışın gözəlin stili haqlı olaraq nümunəvi hesab edilə bilər. İndiyə qədər ulduz gözəllik və qadınlıq etalonu hesab olunur, obrazları isə hələ də aktuallığını qoruyub saxlaya bilib.
Publika.az Merilinin ad günü şərəfinə onun təkrarlana bilən məşhurların bəzi ikonik geyimlərini xatırlayıb.
Ağ köynək və cins şalvar
src="/storage/files/upload/742e40ca6f22569eb8eb645ed394de7c.jpg" alt="Мэрилин Монро, 1960 год фото № 1" class="fr-fic fr-dii">
Heç vaxt dəbdən düşməyən klassik birləşmə! Bu gün dəbdə olmaq üçün əvvəllər olduğu kimi, hündürbel cins şalvar və boş ağ köynək seçə bilərsiniz. Merilin bu dəstini adətən qara günəş eynəyi və qırmızı pomada ilə tamamlayardı.
Trikotaj paltar
src="/storage/files/upload/54e2fc67cc9ea962ff52ed50940fedb8.jpg" alt="Мэрилин Монро, 1954 год фото № 2" class="fr-fic fr-dii">
Merilinin ilhamverici minimalist üslubu 2021-ci ildə xüsusilə populyardır. Sadə trikotaj donlar sabo və lakonik dəri çanta ilə mükəmməl görünəcək.
Bermuda şortiklər
src="/storage/files/upload/aa086cedb21837863db5fbf12dc45410.jpg" alt="Мэрилин Монро, 1946 год фото № 3" class="fr-fic fr-dii">
Bu yay hansı şortiklərin dəbdə olacağı barədə məlumat vermişdik. Modellərdən biri də bermuda şortlarıdır. Vintaj görünüş üçün onu rəngli top və jilet ilə geyinin.
Gecə geyimi
src="/storage/files/upload/60dc7266ecd32b3244fd99ea3a508914.jpg" alt="Мэрилин Монро, 1959 год фото № 4" class="fr-fic fr-dii">
Sosial tədbirlər üçün Monro səmimi və cazibədar dəstlər seçərdi. Ulduzun əsas gözəllik silahı çox vaxt pijamasayağı paltarlar idi. Midi uzunluqda incə donları həmişə nazik qayışlı sandallarla birləşdirirdi. Lakonik saç düzümü və zərif zərgərlik nümunələri obrazına xüsusilə zəriflik qatırdı.
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA


































.jpg)



