Dəb
Retro yenidən dəbdə: “Nənə” üslubu 2026-cı ilin favoritinə çevrilir - FOTOLAR
“Nənə” üslubunda, retro görünüşlü geyimlər 2026-cı ildə axşam modasının ən yeni trendlərindən birinə çevrilib.
Publika.az “Vogue” jurnalına istinadən xəbər verir ki, söhbət çiyinləri və qolları tam, ya da qismən örtən, qolluğu əvəz edən paltar-kepdən (baş geyimindən ibarət dəst) gedir.
1960-cı illərin dəbini xatırladan qara, midi uzunluqlu belə geyimlərlə artıq məşhurlar da ictimaiyyət qarşısına çıxırlar. Amerikalı aktrisa Keti Holms Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən “İnanılmaz qadınlar” adlı şam yeməyinə məhz bu üslublu geyimdə qatılıb.
Parıltıdan bezdilər, “nənə dəbi”nə keçdilər
Yeni trend dizaynerlərin payetli və həddindən artıq şəffaf axşam geyimlərindən uzaqlaşması fonunda meydana çıxıb. Moda brendləri daha konservativ retro siluetləri yenidən işləyərək ciddi, memarlıq üslublu kəsimə, dizdən aşağı uzunluğa və təmkinli rənglərə üstünlük verirlər.
Həm zövqlü, həm də rahat
Moda ekspertlərinin fikrincə, belə geyimlər açıq-saçıq axşam libaslarına daha zərif, praktik və rahat alternativ kimi populyarlaşır. Yəni bir vaxtlar nənələrin qarderobunda qalan “örtülü” geyimlər indi moda podiumlarından qırmızı xalıya qədər yol gedir.
Müəllif: Adəm
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO




























.jpg)







.jpg)

.jpg)