Dəb
Obrazı zəngin göstərən mirvari dəbi - FOTO
Mirvari şübhəsiz ki, istənilən geyim üçün gözəl aksesuardır. Ancaq bu qədər sadə və neytral görünməsinə baxmayın! Yaşlı görünmək istəmirsinizsə, onunla ehtiyatlı davranmalı və aktrisa Odri Hepbernin məşhur stilini təkrarlamamalısınız.

Publika.az oxucuları bu zərif aksessuarı düzgün istifadə etməyin qaydaları ilə tanış edib.
Elə hallar olur ki, hər hansı mərasim və tədbirə hazırlaşamaq çox vaxt aparır, saatlarla ayna qarşısında fırlansan da, hiss edirsən ki, nəsə çatmır. Əlbəttə, çatışmayan dedikdə, detal bəzək və zinət əşyalarını nəzərədə tuturuq. Bəs obrazı zənginləşdirmək üçün nə etməli? Mirvarilər köməyə bilər.

Klassika həmişə klassikadır, buna şübhə yoxdur. Lakin siz mirvarini başqa cür istifadə edə bilərsiniz. Qeyri-adi variantlar çoxdur. Məsələn, mirvari və ametist qoşa boyunbağı. Paris Hiltonda bunun oxşarı var idi və o, “Hepburn” versiyasından daha estetik görünür. Ən önəmlisi isə sizi olduğunuzdan daha yaşlı göstərmir. Bir sıra - formasız muncuqlar və ən şirin gülüş işarəsi, qalanlar isə çox rəngli ulduzlardır. Belə aksesuar sizi orta məktəb müəlliminə deyil, xəyalpərəst xanıma çevirəcək.

Yeri gəlmişkən, mirvari qızılla çox effektiv görünür. Qven Stefani burada dörd sıra boyunbağı taxıb, hər biri fərqli görünür və heç də sərt deyil, əksinə, cəsarətli və cəlbedicidir.

Cəsarətli dəb təcrübələrinə hələ hazır deyilsinizsə, minimalist dizaynda mirvarilərlə tanışlığa başlayın. Dünyanın bütün mirvarilərini taxmaq lazım deyil. Şirin görünən mirvari üzük və ya sırğalara nəzər salın. Kiçik olsa da, belə daş obrazı mükəmməl şəkildə tamamlayacaq.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































