Dəb
Yayın qara don dəbi - FOTO
Qara paltarın nə üçün əbədi klassika hesab olduğunu başa düşmək asandır. Qara rəng bizə daha incə, daha zərif və həssas görünməyə kömək edir, kim bundan imtina edər? Bu səbəbdən qara paltarı demək olar ki, hər bir xanımın qarderobunda tapmaq olar. O həqiqətən universaldır və heç nə ilə ziddiyyət təşkil etmir.
Publika.az xəbər verir ki, qara yayın rəngi olmasa da, heç bir halda dəbli görünməyinizə mane olmur. Mütəxəssislər yay aylarında xüsusilə boş kəsimlərə müraciət etməyi tövsiyə edirlər.
Qara paltarların çoxu gündəlik həyatda hər gün geyiniləcək qədər çox yönlüdür. İdman üslubunda qəşəng obraz yaratmaq istəyirsinizsə, qara paltarı cins gödəkçə və ağ kedlərlə birləşdirin. Bu dəstdə gəzintiyə, kinoya və dostlarla görüşə gedə bilərsiniz. İncə boyunbağı, kiçik sırğalar və miniatür çanta obrazı əla tamamlayacaq. Açıq rəngli uzun pencək isə romantik atmosfer yaradacaq və qara paltarı seksual geyimə çevirəcək.
Ofis üçün qara paltar necə olmalıdır?
Qara iş qarderobunun ən uğurlu rəngidir. Diqqətlə hazırlanmış ofis geyim kodlarının 99%-i bu rəng üzərində qurulur. Dizə qədər uzanan sadə qara paltarlar iş üçün ən ideal seçimdir. Əlbəttə ki, bütün dekolte variantları aradan qaldırmağa dəyər, bədəni vurğulayan sadə bir dizayn seçmək lazımdır. Ayaqqabı və çanta seçiminə gəldikdə, klassik qaydaya əməl etmək tövsiyə olunur, rəngli və ekzotik tonlardan sui-istifadə etməməlisiniz.
Ziyafət mərasimləri üçün qara paltar seçərkən boyunuzu, çəkinizi və bədən tipinizi nəzərə alın ki, axşam boyu özünüzü rahat hiss edəsiniz. Qara paltar uzun və qısa, dar və boş biçimdə ola bilər. Həddindən artıq parlaqlıqla göz qamaşdırmaqdan qorxmayın, çünki bunun üçün vacib bir səbəbiniz var.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































