Dəb
Klassik kişi ayaqqabıları bu payız qızların ayağından çıxmayacaq - FOTO
İsti və qızmar yay günləri başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, artıq yeni mövsümün trendlərini nəzərdən keçirməyin tam zamanıdır.
Publika.az xəbər verir ki, kişi qarderobundan transformasiya olunan lofer modelləri payızın əsas trendlərindən biridir. Stilistlərin sözlərinə görə, sentyabr ayında bu model rahat və dəbli geyimlər üçün zəruri bazaya çevriləcək. Qapalı model sizi gözlənilməz yağışlı havadan xilas edəcək, günəşli havalarda isə ayaqlarımızı tərlətməyəcək.
Yayda ayaqqabı seçərkən rəng palitrasına güvənirik, lakin payızda moda qaydaları hava şəraiti kimi ağırdır. Dizaynerlər qış geyimlərində rəngarəngliyi ön plana çəksə də, ayqqabı seçərkən əlverişli olduğu üçün tünd çalarlara daha çox güvənirik. Loferlər də istisna deyil. Ancaq dəb mütəxəssisləri başqa bir çıxış yolu təklif edir, rəngli corablar bizə kömək edəcək. Ayaqqabıları istənilən corabla birləşdirə bilməzsiniz! Ancaq lakonik və ya klassik stil pərəstişkarısınızsa, o zaman ağ corablara nəzər salın. Loferləri həm nazik neylon, həm də qalın pambıq corablarla asanlıqla birləşdirə bilərsiniz.
Qeyd etmək lazımdır ki, corablar həm də ayaqları vizual olaraq qısa göstərə bilər. Bizə isə belə bir effekt lazım deyil. Proporsiyaların dəyişdirilməsinin qarşısını almaq üçün corabların düzgün uzunluğunu seçmək vacibdir. Çox qısa corab modelləri idman ayaqqabıları və çəkmələr üçün idealdır, lakin loferlə onlar absurd, hətta çox gülməli görünəcəklər. Ayaq biləyinə qədər və ya bir qədər uzun corablara baxın. Beləliklə, seçimdə səhv etməyəcəksiniz.
Loferlər qismən universal hesab oluna bilər, 90-cı illərin qranj ruhunda maraqlı alternativ yerinə düşər. Məsələn, uzun cins yubka. Bunun üçün hündür və kobud altlıqlı, hətta metal toqqalı bir cüt lofer idealdır.
Bu modeli ağ, qəhvəyi və ya qara corablarla geyinsəniz, obraza nostalji cazibə qatacaq, həm də dəbli məktəbli kimi görünəcəksiniz. Bella Hadid və Heyli Bieberdən nümunə götürün.
Keyt Hudson klassik loferlərin daha rəsmi versiyasını nümayiş etdirib: cins şalvar, ağ köynək və böyük ölçülü pencəyin uzlaşması heç vaxt uğursuz olmur. Bununla belə, aktrisa corab geyinməyi də unutmayıb. Bir vaxtlar qəbul olunmasa da, indi bu detala moda paytaxtlarının podiumlarında və küçələrində tez-tez rast gəlmək olar.
Belə bir ayaqqabı tvid pencək və qısa yubka, həmçinin bej plaş, klassik şalvar və jilet ilə də uğurlu uyğunluq təşkil edəcək. Yaxud da zərif geyimlərlə birləşdirib daha romantik əhval-ruhiyyə yaratmağı tövsiyə edə bilərik.
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi








.jpg)

.jpg)




.jpg)



















