Dəb
Kraliçanın mirvari sevgisi trend oldu – FOTO
İngilis Kraliçasının qiymətləndirdiyi klassik mirvari sırğalar hər bir qızın sandıqçasında olmalıdır.
Publika.az xəbər verir ki, bu il belə sırğalar həmişəkindən daha aktual olacaq.
Meqan Markl və ya Keyt Middleton obrazları haqqında istənilən qədər mübahisə etmək olar, lakin II Yelizavetanın hər ikisinin obrazlarına təsirini inkar etmək çətindir. Kraliça əsl zərif qadın kimi özünəməxsusluğunu sarayda nümayiş etdirməklə qalmır, həm də ondan kənarda da təsiredici rol oynayır, dəbin dəyişkən, stilin isə əbədi olduğunu hər çıxışında diqqətə çatdırırdı.
Məhz Ülyahəzrət zərgərlik protokolunun qanunlarını qoydu, o, öz nümunəsində göstərirdi ki, xüsusi seçilmiş broş və ya sırğa sahibini daha cəlbedici edə bilər. Kraliça krallığın məşhur gəlinləri - həm Keyt, həm də Meqana xüsusi günlərdə taxmaq üçün gözəl zərgərlik nümunələri hədiyyə edib. Bunlar kiçik brilyantlarla işlənmiş platin əsaslı mirvari sırğalardır. Amerikalı hersoginya üçün kraliça sevimli sırğalarının daha incə variantını seçmişdi. Sonradan onun oxşarını Keytin də qulağında gördük.
Dəb tənqidçiləri bu fikirdədir ki, mirvari aksessuarlar bu il xüsusilə aktual olacaq. Buna səbəb kraliçanın dəfninə ailə üvlərinin matəm libaslarını ən gözəl mirvari dəstləri ilə bəzəməsidir. Məsələ ondadır ki, İngiltərə krallığında mirvari matəm simvoludur. Bu bəzək əşyası sadəcə mənəvi dəyər daşımır, həm də protokol atributudur. Kraliça Viktoriyadan qalma ənənəyə görə, matəm zamanı qadınlar mirvari taxmalıdır. Qeyd etmək olar ki, keçən il Şahzadə Filipin ölümündən sonra kraliça özü də mirvari taxmış və ölümünün son günlərinədək onu boynundan çıxarmamışdı. Bu, həyat yoldaşına yas tutan kraliçanın şahzadəyə qarşı sevgi və ehtiramının əlaməti idi.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































