Dəb
Bu yaz qızlar belə geyinəcək - FOTO/VİDEO
Son illərda podiumlar mürəkkəb dizaynla dolu idi: qeyri-adi kəsimlər, dekorativ detallar və qatlar, strazlar, kristallar və rəngli xəzlər və s. Bütün bunlar əlbəttə ki, çox təsiredici görünürdü, lakin yeni mövsüm qızlardan sadəlik tələb edəcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dizaynerlər daha mürəkkəb bir şey ortaya qoymaq əvəzinə, başqa yolla getməyə və sadəliyə yönəlməyə qərar veriblər. Belə ki, sadə parçalar, sadə siluetlər 2023-cü ilin əsas trendidir. Trend, özünü ilk növbədə incə və minimalist maksi paltarlarda göstərib. "Ən böyük gözəllik sadəlikdir" mövsümün şüarı olacaq. Odur ki, pulunuzu minimalizm və funksionallığa yatırmağa dəyər. Lazımsız dekorasiya və ya qatlar yoxdur. Bu paltarlarda bir qayda olaraq üz kəsim və neytral rənglər hakimdir.
Parçalara gəldikdə, çeşid çoxdur, uzun donlar atlasdan kətəna və trikotaja qədər bir çox versiyalarda qarşımıza çıxacaq. Bu modellərdən maraqlı və romantik obraz tərtib etmək həqiqətən asandır. Onları soyuq aylarda boş jaket və ya sviterlər, dəbli hündür çəkmələrlə birləşdirə bilərsiniz, üst geyim olaraq minimalist paltolara üstünlük vermək daha yaxşı olar.
İsti havalarda isə bir cüt dəri sandal və ya sabo kifayət edəcək.








-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































