Dəb
Bahar mövsümünün ən romantik saç aksessuarları - FOTOLAR
Yaz və yay ayları saç aksessuralarından istifadə etmək üçün ən uyğun zamandır. Bu fürsətdən istifadə edib mövsümün ən gözəl saç aksessuarlarıyla stilinizi təkrarolunmaz edə bilərsiniz.
Bu işdə sizə kömək etmək üçün Publika.az 2015-ci ilin ən dəbli və zövqlü saç aksessuarlarını təqdim edir:
Bahar çiçəkləri
Bu mövsüm çiçəkli saç bandları dəbdə olacaq. “Dolce&Gabbana”nın yaz-yay kolleksiyasında bu aksessuarları görmək mümkündür.
Saçlarınızı olduğundan daha gözəl və baxımlı göstərməyə qadir olan bu aksessuarlar şıq bir stil üçün əvəzolunmazdır.
Çiçəkli saç aksessuarlarından istifadə etdikdə pastel tonlarında dodaq boyası çəkib, sadə göz makiyajı etməlisiniz.
Retro
Bahar mövsümündə 60- 70-ci illərdən ilham alan geyim və aksessuarlar dəbi ələ keçirəcək. Ona görə də heç çəkinmədən daş-qaşla, inciylə bəzədilmiş dəbdəbəli saç aksessuarlarını sınaqdan keçirin.
Qızılı bandlar
Qızıl rəngli bu aksessuarlar üzərlərindəki çiçək, dəniz qabığı və digər bəzəklərlə əsl bahar əhval-ruhiyyəsini əks etdirirlər.
Açıq və ya yarı toplanmış saçlarda istifadə etmək olar.
Balerina
Balerinalardan ilham alaraq hazırlanan bu saç aksessuraları həm şıq libaslarla, həm də idman stiliylə uyğunlaşır.
At quyruğu toplanmış saçlarla əla uyğunlaşır. Sadəliyi və rahatlığı sevirsinizsə, sizin üçün ən ideal seçim bu aksessuarlardır.
Kiçik yaylıqlar
Bu yaylıqları müxtəlif cür bağlamaq mümkündür. Tək bir yaylıqla 5-6 saç modeli yarada bilərsiniz. Xüsusilə, çimərlik mövsümündə yaylıqların dəbin zirvəsini ələ keçirəcəyi gözlənilir. Rəngarəng yaylıqları qolunuza və ya çantanıza bağlayaraq özünəməxsus stilinizi vurğulaya bilərsiniz.
Ləman Sultan
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO