Dəb
Dekoltesiz də diqqət çəkmək mümkündür! - FOTOLAR
Dəb və stil hər bir qızı şahzadəyə çevirən sehrli sözlərdir. Moda qadın kimi şıltaq və olduqca dəyişkəndir. Təəssüf ki, gözəl cinsin bir çox təmsilçisi onun bütün şıltaqlıqlarına tab gətirə və qaydalara əməl edə bilmir.
Qadınların çoxu gözəl geyinmək istəyir. Çünki moda qadın taleyində həlledici rol oynayır. Çoxu da dəblə ayaqlaşmaq üçün trendlərə kor-koranə əməl edir. Lakin gözəl geyinmək və dəbdəbəli görünmək üçün hər gün bahalı paltarlar almağa ehtiyac yoxdur. Hətta moda ilə yaxından maraqlanmadan, onunla can-ciyər rəfiqə olmadan, dekoltesiz də ucuz və gözəl geyinmək mümkündür.
Buna sizin seçdiyiniz özünəməxsus üslubunuz kömək edəcək! Birinci növbədə sizi ən yaxşı ifadə edən üslubunuzu müəyyənləşdirin.
İkinci növbədə isə dəbdə olan və sizə yaraşmayan geyimlərə pul xərcləməyin. Hesabı bilinməyən pul xərcləyib dünyanın ən bahalı brendindən geyinsəniz də, bədən quruluşunuza yaraşmayan fasonlar sizi valehedici göstərə bilməyəcək. Gözəl geyinməyin əsas qaydası dəblə geyinmək yox, yaraşanı geyinməkdir.
Daha sonra qarderobunuza baza əşyaları daxil edin. Geyimləri ahəngdar şəkildə uyğunlaşdırın. Bu zaman geyimlər bir-biri ilə zəncirvari şəkildə birləşməli və uzlaşmalıdır.
Əgər siz qapalı, dekoltesiz geyinməyə qərar vermisinizsə, bu zaman aksessuarlarla daha çox məşğul olun. Çünki bağlı geyimlərdə gizlətdiyiniz gözəlliyi ancaq onların vasitəçiliyi ilə vurğulaya bilərsiniz. Lakin “Qızıl orta” qaydasına əməl etməyi unutmaq lazım deyil.
Sırğa, boyunbağı, qolbaq kimi aksessuarlar makiyaj kimi getdiyiniz məkana uyğun olmalıdır.
Çantalar nə çox böyük, nə çox kiçik olmalıdır. Orta boy çantalar hər tərzə yaxşı yola gedir.
Saçlar hər zaman səliqəli ilə daranmalı, makiyaj da məkana uyğun olaraq yerində və qaydasında olmalıdır. Sonda isə sevdiyiniz kişiyə bu gözəlliyə heyran olub onu seyr etmək vəzifəsi düşür...
Aytən
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev