"Met Gala 2015": Qərb gözəlləri şərq motivləri ilə
Bizi izləyin

Dəb

"Met Gala 2015": Qərb gözəlləri şərq motivləri ilə

Mayın 4-də Nyu-Yorkda "Met Gala" kimi tanınan dəb şousu baş tutub. Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda moda, musiqi, kino sahəsində dünyanın ən tanınmış simaları iştirak ediblər.

Məşhur ulduzlar bu dəfə də qırmızı xalıda bir-biri ilə sanki gözəllik və dəb yarışına girərək təmtəraqlı, bahalı ziyafət libasları ilə öyünüblər.

"Met Gala 2015" gecəsinin rəsmi dress-kodu “China: Through the Looking Glass" (Çin pıçıltısı: İncəsənətdə, kino və modada şərq nağılları) olub. Gələn qonaqlara da bu mövzuda geyinmək tövsiyə olunduğundan gecənin ulduzları da şərq motivləri ilə zəngin olan geyimlərə üstünlük verib. Nəticədə gecə çox rəngarəng və təmtəraqlı görünüb.

“Vogue” jurnalının redaktoru Anna Vintur 1995-ci ildən bəri gələn qonaqların geyimlərinin qiymətləndirilməsi ilə məşğul olur.

Bu ilki siyahıya: Rihanna, Kim Kardaşyan, Kanye Vest, Culiana Mur, Keti Perri, Sez Meyers, Harvey Veinstein, Bradli Kuper, Benedikt Cumberbatç, Enn Hatavey, Bleyk Layvli, Ryan Reynolds, Sara Cessika Parker, Ivanka Tramp, Allison Villiams, Sofia Verqara və başqaları daxil olub.

Cennifer Lopez, Rihanna, Beyons və Kim Kardaşyan gecənin ən diqqətçəkən qonaqları olublar. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna yerlə sürünən sarı yapıncıya bənzəyən arxalığa büründüyü halda, Cey Lo, Beyons və Kim Kardaşyan, demək olar ki, çılpaq olublar.

Cenniferin bədən quruluşunu aydın şəkildə göstərən, şəffaf parçadan tikilən libası “Versace” moda evindən, Kim Kardaşyanın paltarı “Roberto Cavalli”dən olub. Beyons “Givenchy”-dən, Rihanna isə “GUO PEI” moda evindən geyinib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm