Dəb
Bədən quruluşunuza uyğun geyinin!
Qadınların əsas 4 tip bədən quruluşuna sahib olduqları məlumdur. Bunlar alma, armud, qum saatı və kvadrat vücud tipləridir.
Qum saatı ən ideal vücud tipi hesab edilir. Ancaq təəssüf ki, hər kəs ideal deyil. Araşdırmalar göstərib ki, dünyada alma tipi vücuda sahib milyonlarla qadınlar var. İri döşlər və geniş bel çevrəsi, şişkin qarın alma tipli vücudun əsas əlamətləridir. Gözəl və dəbli görünmək üçün vücud tipinə uyğun geyinmək vacibdir. Bəs alma tipli bədən quruluşuna sahib olan qadınlar necə geyinməlidirlər?
Publika.az bu suala cavab axtarıb.
Kilonun əsasən üst bölgədə toplandığı bu vücud tipinə sahib qadınların necə geyinməli olduqlarını stilist Pınar Baysal izah edir.
"Belə qadınların ayaqları və ombaları çox arıq olur. Ona görə də paltar alarkən diqqəti bədənin üst hissəsindən yayındırıb ayaqlara çəkən geyimlərə üstünlük verməlidirlər.
Üçbucaq yaxalı bluzlar, düz kəsimli köynəklər. Tək rəngli koftalar, köynəklər, şaquli zolaqları olan donlar uğurlu seçimdir.
Bədən quruluşunuz alma tipindədirsə, geyiminizi aksessuarla zənginləşdirməlisiniz. Uzun boyunbağılar taxa bilərsiniz”.
Stilist Pınar xanım bildirib ki, belə xanımlar mini ətəkdən uzaq durmalı, dizdən aşağı ətəklərə üstünlük verməlidirlər. Şalvar seçimində də diqqətli olmalıdırlar. Hündürbel şalvarlar geyinməlidirlər.
Ləman Sultan
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ