Qadın ayaqlarının zərifliyini vurğulayan baletkalar – FOTOLAR
Bizi izləyin

Dəb

Qadın ayaqlarının zərifliyini vurğulayan baletkalar – FOTOLAR

Günəşli havalar qadın ayaqlarının gözəlliyini və zərifliyini vurğulayan ayaqqabılar geyinməyə imkan verir. Rahatlığına düşkün olan xanımlar bahar və yay aylarında, adətən, baletkalara (yastıdaban qadın ayaqqabıları) üstünlük verirlər.

Bu mövsüm dizaynerlər baletkaları yeni və daha fərqli formada təqdim ediblər. “Aquazzurra” və “Isabel Marant” moda evlərinin təqdim etdiyi “lace-up” ayaqqabılar mövsümün trendinə çevrilib. “Lace-up” ayaqqabılar üstü ipli baletkalara deyilir. “Lace-up”lar satışa çıxdığı gündən məşhur xanımların və dəb bloqqerlərinin favorit ayaqqabısına çevrilib. Bu baletkaların populyarlaşmasında dünya ulduzlarının da rolu danılmazdır.

Bildiyimiz kimi, baletkalar balerina geyiminin ayrılmaz hissəsidir. Lakin qadınsayağı “lace-up” baletkaları zərif donlardan başqa, cırıq cinslərlə və dağınıq tərzlə çox yaxşı uzlaşır.

Nazik burunlu, üstü iplə bağlanan ayaqqabıların ən üstün tərəfi ondadır ki, onları istənilən geyimlə uyğunlaşdırmaq olur.

Publika.az “lace-up” baletka dəbinə aid bir neçə nümunə seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm