Dəb
Bandana və çalmalar bu yay yenə aktualdır – FOTOLAR
Şərq qadınının əsas və məcburi aksessuarı olan çalmalar, yaylıqlar, türban və ya bandanalar yüksək moda dünyasına daxil olub. Çünki yaylıq istənilən obrazı ideal şəkildə vurğulayır və hər kəsdən fərqləndirir.
30, 50-ci illərdə çox məşhur olan yaylıqlar Monako knyaginyası Qreys Kellinin də sevimli aksessuarı sayılırdı. Kelli onlardan praktik olaraq hər gün və müxtəlif formalarda istifadə edirdi. Gah boğazına dolayır, gah başının ətrafına saç lenti kimi düyünləyir, gah da çantasına bağlayırdı.
Bu gün də dahi dizaynerlərin kolleksiyalarını şal və yaylıqlar olmadan təsəvvür etmək mümkün deyil. Çalmaların dəbə yenidən qayıdışı yayda saçları günəşdən qorumaq üçün xüsusilə faydalıdır.
Şal, yaylıq, çalma və ya türban bağlamağın min bir yolu var. Yaylıqları hətta yığılmış saçın ətrafına bağlamaq da olar. Onlar istənilən vəziyyətdə yay obrazını çox əyləncəli və şən göstərirlər.
Klassik qaydada yaylıqlar başın arxasında düyünlənirsə, müasir Amerika üslubunda bant başın önündə bağlanır.
Nazik uzun şallar, lentlər hörüklərlə də eyni dərəcədə gözəl görünür.
Yadınızda saxlayın ki, yaylıq, çalma bağlamaq üçün saçın uzun olması mütləq deyil. İstənilən halda bu məhsul qısa və uzun saç düzümünə xüsusi effekt verir.
Seçdiyimiz fotolarda siz yaylıq bağlamağın yaradıcı üsullarını və müxtəlif variantlarını tapa bilərsiniz.
Aytən
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"