Sara Cessika Parker gəlinlər üçün ayaqqabı kolleksiyası buraxıb – FOTOLAR
Bizi izləyin

Dəb

Sara Cessika Parker gəlinlər üçün ayaqqabı kolleksiyası buraxıb – FOTOLAR

Hollivudun məşhur aktrisası və özünü dizayner kimi sınayan Sara Cessika Parker gəlinlər üçün ayaqqabı kolleksiyası hazırlayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bu barədə öz instaqram bloqunda yazıb:

“Bizim böyük sirrimizin üstü nəhayət ki, açılıb! Çoxsaylı suallar verilməsinə baxmayaraq, bu xəbəri gizli saxlamaq çox çətin idi. Biz yeni kolleksiyada fərqli siluetlər, klassik modellər təqdim etmişik. Ümid edirik ki, bu kolleksiya sizin xoşunuza gələcək”.

Aktrisanın yeni kolleksiyasını atlas, krujevalı, o cümlədən daşlarla işlənmiş modellər əhatə edir. Kolleksiyada rənglərin çeşidi də boldur.

Sara Cessika Parker bu yazıdan xəbərsiz olsa da, onu bu uğur münasibəti ilə təbrik edir və yeni kolleksiyasını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm