Digər
Dalğıclar dənizin dibindən 1,5 tona yaxın zibil çıxardılar
Əbu-Dabidə keçirilən aksiya zamanı dalğıclar paytaxt bulvarında dənizin dibindən 1,5 tona yaxın zibil çıxarıblar.
Publika.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd ölkənin ətraf mühitinin mühafizəsi və dəniz suyunun təmiz saxlanılmasının vacibliyi məsələlərində vətəndaşlarda məlumatlılığı artırmaqdır.
Dalğıclar dənizin dibini plastik butulka, alüminium banka, qida konteyneri və inşaat tullantılarından təmizləyiblər. “TogetherWeMakeTheDifference” adlanan kampaniya dalğıcları cəlb etməklə dənizin təmizlənməsi aksiyasını ikinci dəfədir həyata keçirir. Hazırkı aksiya Əbu-Dabinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin BƏƏ-nin Dalğıclar Assosiasiyası və Əbu-Dabinin beynəlxalq dəniz idman klubunun birgə əməkdaşlığı ilə təşkil olunub.
Aksiya təşkilatçılarının fikrincə, təmizləmə kampaniyası dəniz və landşaftların müxtəlif bioloji növlərin təhlükəsiz yaşayış məkanı olması məqsədi daşıyan tədbirlərdən yalnız biridir. Çünki toksik materiallar və plastik kütlələr normal inkişafa, artıma nəinki mane olur, həmçinin dəniz növlərinə, ekosistemə məhvedici təsir göstərir. (Azərtac)
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər