Siqaret çəkənlərə İBRƏTLİK DƏRS - 114 yaşında bunu etdi
Bizi izləyin

Digər

Siqaret çəkənlərə İBRƏTLİK DƏRS - 114 yaşında bunu etdi

Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin 114 yaşlı sakini Fred Blom siqaret çəkməkdən imtina barədə qərar verib.

Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri bildirib.

Kişi dünyada qeyri-rəsmi ən yaşlı insan hesab edilir. O hesab edir ki, öz həyatını dəyişdirmək heç vaxt gec deyil. Fred Blom etiraf edir ki, onilliklər ərzində siqaret çəkib. Amma o, alınan siqaretlərdən deyil, özünün yetişdirdiyi tütündən hazırlanan eşmə papiroslardan istifadə edirdi. Kişi siqaretə olan sevgisini “iblisin fitnəsi” adlandırır.

Fred ümid edir ki, qərarı ona sağlamlığı saxlamağa və daha uzun yaşamağa kömək edəcək.

“Mən özünü sağlam hiss edirəm, məndə hər şey qaydasındadır. Məndə güclü ürək var. Amma ömrün uzunluğu yalnız Allahdan asılıdır. Allah qüdrətlidir, mən gücsüzəm. Mən istənilən vaxt ölə bilərəm, amma O məni dəstəkləyir”, - o söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm