Prezident ƏMRİ VERDİ: ABŞ-la müharibəyə “Hazır olun!”
Bizi izləyin

Digər

Prezident ƏMRİ VERDİ: ABŞ-la müharibəyə “Hazır olun!”

Venesuela prezidenti Nikolas Maduro hərbçiləri ABŞ-ın mümkün təcavüzünü dəf etməyə hazır olmağa çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bun haqda “Televisa” telekanalı bildirib.

“Mümkün təcavüzə hazırlığı bir saniyə zəiflətmək olmaz”, - Maduro çərşənbə günü hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Daha əvvəl ABŞ prezident administrasiyasının anonim nümayəndəsinə istinadən “Assoşieyted Press” agentliyi bildirib ki, 2017-ci ilin avqustunda Karakas barəsində sanksiyaların müzakirə olunduğu görüşdə prezidenti Donald Tramp öz köməkçilərinə Venesuelaya mümkün müdaxilə haqqında sual verib.

Maduronun sözlərinə görə, KİV-də gedən informasiya Vaşinqtonun böyük neft ehtiyatlarını tutmaq üçün Venesuelaya hərbi müdaxiləni planlaşdırdığı barədə iddiaları sübut edir.

“Təsadüf? Venesuela müxalifətçilərin Ağ Evə səfərindən sonra Trampın Venesuelaya müdaxilə imkanı haqqında danışması təsadüf deyil”, - Venesuela prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm