Türküstan uğrunda mübarizə: ABŞ geri dönür
Bizi izləyin

Digər

Türküstan uğrunda mübarizə: ABŞ geri dönür

Rusiya Özbəkistanda mövqelərini itirir.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Gazeta.ru” saytına açıqlamasında Avrasiya İnkişaf Bankının baş iqtisadçısı Yaroslav Lisovolik deyib.

“Özbəkistandan kənarda 3 milyon özbək çalışır. Bunun yarısı Rusiyada miqrant həyatı yaşayır. ABŞ-ın Özbəkistana marağı da təsadüfi deyil. Belə ki, bu ölkə Mərkəzi Asiyada açar rolunu oynayır. O, İran, Rusiya və Çinin yaxınlığında yerləşir. Özbəkistan ən çox əhalisi və ən geniş bazarı olan Mərkəzi Asiya ölkəsidir. ABŞ Mərkəzi Asiyada öz təsirini artırmaq üçün buradan platforma kimi istifadə etmək şansından imtina etməyəcək.

Özbəkistan çalışacaq ki, ənənəvi çoxyönlü siyasətini davam etdirsin. Onun hədəfi isə bazarını dünyaya açmaqdır. Özbəkistan buna görə yalnız ABŞ-ın tabeliyinə girməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, son bir il ərzində Özbəkistanın əsas investoru ABŞ, əsas ticarət partnyoru isə Çin olub. Ölkəyə yatırılan birbaşa investisiyaların 28%-i ABŞ-ın payına düşüb. ABŞ-dan sonrakı yeri 10%-lik payla Çin və Britaniya tutub. Özbəkistana yatırılan investisiyaların yalnız 6%-i Rusiyanın payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm