Çindən nümayəndə heyəti Vaşinqtona səfər edəcək
Bizi izləyin

Digər

Çindən nümayəndə heyəti Vaşinqtona səfər edəcək

Çin Xalq Respublikasının ticarət nazirinin müavini Van Şouven avqust ayının ikinci yarısında ABŞ-a səfər edəcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, səfər zamanı Amerika tərəfi ilə ticarət məsələləri üzrə konsultasiyalar keçiriləcək.

Çinin Ticarət Nazirliyinin xəbərində yenidən vurğulanıb ki, Pekin birtərəfli hərəkətlərə qarşı çıxır.

“Çin tərəfi bərabərlik və yaxşı niyyət əsasında dialoq və əlaqələri dəstəkləyir”, - nazirliyin xəbərində deyilir.

Qeyd edək ki, ABŞ iyunun 25-də Çindən idxal edilən məhsullara, o cümlədən polada ümumi məbləği 50 milyard dollarlıq 25 faiz ölçüsündə rüsumlar tətbiq edib. ABŞ Çinin Amerikanın intellektual mülkiyyətini və texnologiyaları oğurlamasını, həmçinin haqsız ticarət aparmasını səbəb olaraq göstərib.

Avqustun 23-də isə 16 milyard dollarlıq Çin mallarının idxalına gömrük rüsumları tətbiq ediləcək. Çinin Ticarət Nazirliyinin açıqlamasına görə, eyni tarixdə Amerika mallarına 16 milyard dollarlıq rüsumlar tətbiq olunacaq. Yeni ticarət qaydaları avqustun 23-də Pekin vaxtı ilə saat 12:01-də qüvvəyə minməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm