Dəhşətli faciədə qurbanların sayı 225 nəfərə çatdı
Bizi izləyin

Digər

Dəhşətli faciədə qurbanların sayı 225 nəfərə çatdı

Tanzaniyada sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Mvanza şəhərinin polis rəisi Con Monqella bildirib ki, qəza zamanı ölənlərin sayı artıb. Qeyd edək ki, bərə cümə axşamı, Yukora adasının yanalma körpüsündən 50 metr məsafədə aşıb. Bəzi məlumatlara görə, hadisə zamanı gəmidə 400 nəfərdən – normadan çox sərnişin olub. Sərnişinlərin sayının çox olmasına baxmayaraq gəmi həmçinin yük, o cümlədən qarğıdalı dolu kisələr, banan və sement daşıyırmış.

Daha əvvəl qəzada 209 nəfərin öldüyü bildirilirdi.

Prezident Con Maqufuli qəza ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm