Çin “bütün bombaların anası”nı SINAQDAN KEÇİRDİ
Bizi izləyin

Digər

Çin “bütün bombaların anası”nı SINAQDAN KEÇİRDİ

Çin dövlət sənaye korporasiyası (NORINCO) "bütün bombaların anası” adlandırılan aviasiya bombasının yeni tipini nümayiş etdirib.

Publika.az xəbər verir ki, bu haqda “The Global Times” nəşri bildirib.

Qeyd edilir ki, şirkət bombanı keçən ilin dekabrında anonim ərazidə “H-6K” bombardmançısından atıb və nəticədə genişmiqyaslı partlayış baş verib. Bomba öz gücünə görə yalnız nüvə bombasına güzəşt edir.

Qeyd edilib ki, bomba Çində ən güclü qeyri-nüvə bombasıdır və bombardmançı bir neçə tonluq çəkisinə görə belə bombadan yalnız birini apara bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm