Rio de Janeyroda torpaq sürüşməsi - Ölənlər var
Bizi izləyin

Digər

Rio de Janeyroda torpaq sürüşməsi - Ölənlər var

Braziliyanın Rio de Janeyro şəhərində güclü külək və yağışlar ciddi fəsadlar törədib.

Trend-in məlumatına görə, yağıntıların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 5 nəfər həlak olub.

Daha bir nəfərin itkin düşdüyü deyilir. Qeyd olunur ki, küləyin maksimal sürəti saatda 110 kilometrə çatıb.

Şəhərin bəzi hissələrində 91 millimetrədək yağıntı düşüb. Hadisənin fəsadlarının aradan qaldırılması üçün 600-dən çox xilasedici cəlb edilib.

Rio de Janeyroda 3 günlük matəm elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm