Tikiş fabrikində PARTLAYIŞ: 10 ölü
Bizi izləyin

Digər

Tikiş fabrikində PARTLAYIŞ: 10 ölü

Hindistanın Uttar-Pradeş ştatında tikiş fabrikində partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Hadisə nəticəsində azı 10 nəfər həlak olub. Partlayış o qədər güclü olub ki, həm fabrik binası, həm də yaxınlıqda yerləşən bir neçə tikili tamamilə dağılıb. Qəzanın dəqiq səbəbi hələlik məlum olmasa da, polis sənaye obyektinin ərazisində qanunsuz pirotexnika sexinin olduğunu müəyyən edib.

Ştat polisinin məlumatına görə, partlayış baş verən zaman fabrikdə o qədər də çox insan olmayıb. Odur ki, dağıntılar altında kiminsə qalması ehtimalı azdır.

Hüquq-mühafizə orqanları insidentlə bağlı cinayət işi açıb və təhqiqata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm