Əfqanıstanda PARTLAYIŞ - 3 ölü, 31 yaralı
Bizi izləyin

Digər

Əfqanıstanda PARTLAYIŞ - 3 ölü, 31 yaralı

Əfqanıstanda Novruz şənlikləri zamanı ard-arda iki partlayış qeydə alınıb.

Publika.az xəbər verir ki, partlayışlar zamanı 3 nəfər ölüb, 31 nəfər yaralanıb.

Partlayış Helmand vilayətində Karzai Stadionunda Novruz tədbirləri zamanı baş verib.

Daxili işlər naziri Nusrat Rahimi hadisə ilə bağlı açıqlama verib.

"Pajvak" agentliyi yaralılar arasında Hilmənd vilayətinin qubernatoru və müavininin də olduğunu bildirir.

Ümumiyyətlə, xəsarət alanların əksəriyyətinin təhlükəsizlik orqanlarının əməkdaşları və yerli məmurlar olduğu deyilir.

Hələlik heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.

Partlayışın səbəbi dəqiq bilinmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm